Şrift:
Azərbaycanlı milli-mədəni fəal Səid Sultani tutulub
12.11.2015 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyinin uğrunda dinc mübarizə aparan culfalı fəal Səid Sultani tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Culfa şöbəsinin əməkdaşları Səid Sultanini noyabrın 11-i günorta saatlarına Culfanın Ələmdar məntəqəsindəki iş yerində tutaraq ETTELAAT idarəsinə aparıblar. İş yerində yoxlama aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, Səid Sultani milli zəmində apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub və həbsdə saxlandığı müddətdə müxtəlif psixi (ruhi) və fiziki işgəncələrə məruz qoyulduqdan az sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed