Şrift:
İranda 800 tələbə etiraz aksiyası keçirib
03.02.2012 [00:48] - Hüquq
İranın paytaxtı Tehran şəhərində 800 tələbə etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, İranın müxtəlif ali məktəblərinin hüquq fakultəsini bitirən tələbələr vəkil adı qazanmaq üçün Müdafiəçi Vəkillər Cəmiyyətində imtahan veriblər. İmtahan nəticələrindən narazı qalan 800 tələbə 2012-ci il fevralın 1-də təşkilatın binası önündə piket keçirərək imtahanın nəticələrinin ləvğini tələb ediblər.
Hələlik Müdafiəçi Vəkillər Cəmiyyəti tərəfindən tələbələrin etirazına münasibət bildirilməyib.
Bu xəbər oxucular tərəfindən 1747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed