Şrift:
Urmiyada daha 2 azərbaycanlı tələbə tutulub
12.11.2015 [11:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyinin uğrunda dinc mübarizə aparan fəal tələbələr Seyid Əli Əbdi və Rza Bərzigər tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları tikablı tələbə Seyid Əli Əbdi və Xoy şəhərindən olan tələbə Rza Bərzigəri noyabrın 9-u axşam saatlarında şəhərin mərkəzi meydanında yerləşən “Əta” tələbə yataqxanasında tutub naməlum istiqamətə aparıblar.

Hər iki azərbaycanlı tələbənin həbsi, Urmiyada fars irqçılığına qarmşı keçirilən dinc etiraz aksiyasının başa çatmasından bir neçə saat sonraya təsadüf edib. Onların hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed