13.11.2015 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaşandı
Güney Azərbaycanın Urmiyə şəhərində bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Vəraminin “Mətin” takımı arasında keçirilən müsabiqədən sonra qarşıdurma yaşanıb.
Soydaşlarımız Qədir stadionunu tərk etdikdən sonra vərziş fələkəsinə tərəf hərəkət edib və fars irqçiliyinə qarşı şüarlar səsləndiriblər. Məlumata görə, dinc keçirilən aksiyaya təhlükəsizlik qüvvələri hücum edib, lakin onların hücumu etirazçıların kəskin müqaviməti ilə üzləşib. Ötən gecə baş verən qarşıdurmada bir neçə soydaşımız yaralanıb, onlarla etirazçı yaxalanaraq naməlum istiqamətə aparılıb.
Təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz, plastik top və şokedici dəyənəklərdən istifadə edib.
“Araz news”un yaydığı məlumata görə, stadiondan şüar verərək uzaqlaşan etirazçılar vəzriş fələkəsinə çatınca fələkədə qərarlaşan yüzdən çox təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və nəticədə şiddətli qarşıdurma yaşanıb.
Xatırladaq ki, İran televiziyasının ötən cümə günü yaydığı verilişdə türklərin iyrənc şəkildə təhqir edilməsi Güney Azərbaycanda kütləvi etirazlara səbəb olub, bu etirazlar hələ də davam edir.
VİDEO:

Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |