Şrift:
Azərbaycanlı fəallar fars irqçiliyinə qarşı Antalyada etiraz aksiyası keçirilməyi planlaşdırır
13.11.2015 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir neçə azərbaycanlı milli-mədəni fəal Antalyada G20-nin keçirəcəyi konfrans zamanı fars irqçiliyinə qarşı etiraz aksiyasının keçirilməsini təklif edib.
Dünyanın 20 güclü və zəngin ölkəsinin nümayəndələri noyabrın 15 və 16-da Antalyada bir araya gələcək. Fəallar məhz bu günlərdə Antalyada fars iqrçiliyinə qarşı etiraz aksiyasının keçirilməsini məsləhət görür. Artıq müxtəlif ölkələrdə yaşayan bir neçə fəalın keçiriləcək aksiyaya qatılmaq üçün Türkiyəyə gəldiyi də bildirilir.

Yayılan məlumata görə, hələlik Antalyada keçirilməsi planlaşdırılan aksiya ilə bağlı qəti qərar verilməyib, lakin bu yığıncaq səmərəli hesab edildiyinə görə milli fəallar tərəfindən müzakirə edilir.
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed