Şrift:
Meşginmşəhrdə təhlükəsizlik qüvvələri azərbaycanlı fəalların ev və iş yerlərinə hücum edib, tutulanlar var
13.11.2015 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində təhlükəsizlik və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) qüvvələri bir neçə azərbaycanlı milli-mədəni fəalın ev və iş yerinə hücum edib.
Məlumata görə, rejim qüvvələri “Seyfi qardaşları bonqahı” və həmçinin Qaraduruş kəndində “Kəndimiz kafesi”nə hücum edərək bir neçə fəalı yaxalayıb.

“Seyfi qardaşlarının bonqahı”na hücum edərkən Mənsur Seyfinin məmurlar tərəfindən yaxalandığı bildirilir.

Həmçinin “Azərbaycan sandviçi” kafesində Əli Feyzi yaxalanıb. Onun məmurlar tərəfindən döyülərək naməlum istiqamətə aparıldığı bildirilir.

Məlumata görə, “Kəndimiz kafesi”nə hücum edən məmurlar Qaraduruş kəndində bir neçə nəfəri yaxalayıb.

Qeyd edək ki, Qardaduruş kəndi mərhum Pişəvərinin Milli Hökuməti vaxtından günümüzə qədər Azərbaycanın milli və mədəni hüquqlarının tələbi uğrunda ciddi mübarizə aparıb. Hazırda İran həbsxanalarında məhbus həyatı yaşayan tanınmış fəallar Aydın Zakiri və Şəhram Radmehr həmin kənddəndir.
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed