Şrift:
İranda islahatçılara yaxın tanınmış ayətullahın ofisinə hücum edilib
13.11.2015 [12:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda islahatçılara yaxınlığı ilə tanınan və vaxtaşırı hakimiyyətin müxtəlif sahələrdə yürütdüyü siyasətini tənqid edən müxalif ruhani, ayətullah Yusif Saneyinin ofisinə (iş yerinə) hücum edilib.
Kimliyi bilinməyən maskalı şəxslər noyabrın 10-u axşam saatlarında axund Yusif Saneyinin İsfahan əyalətinin Nəcəfabad şəhərindəki ofisinə daxil olaraq onu yandırıblar. Hücumçular daha sonra ofisin qapısına və divarlarına “Münafiqə ölüm olsun” şüarını yazaraq həmin yerin bağlanmasını istədiklərini bildiriblər.

Axund Yusif Saneyi hakimiyyəti tənqid edən bəyanatlarına görə bundan əvvəl dəfələrlə İranın dini lideri ayətullah Əli Xamneyinin radikal tərəfdarları tərəfindən təhdid edilmişdi.

Qeyd edək ki, 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra hakimiyyətin vətəndaşlara qarşı zorakılığına etiraz bildirən axund Yusif Saneyi bəzi ifratçı cərəyanların təzyiq və təhdidinə məruz qoyulmuş, evinə hücum edilmişdi. Kimliyi mediaya açıqlanmayan şəxslər həmin hücumda müxalif axundun evinin bir hissəsini yandırandan sonra hadisə yerini tərk etmişdilər.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed