Şrift:
Əhərdə keçirilən etiraz aksiyalarında tutulanlar var
13.11.2015 [12:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün Əhər şəhərində elan olunmamış fövqəladə vəziyyət yaşanıb. Məlumata görə, azərbaycanlı milli-mədəni fəalların İran televiziyasının türkləri təhqir etməsinə qarşı dinc aksiyalara çağırış etməsi təhlükəsizlik qüvvələrini hərəkətə gətirib.
Əhər şəhərinin icra başçısı (fərmandar) etirazlar başlamadan öncə yığıncaqla bağlı əhaliyə xəbərdarlıq edib. Lakin buna baxmayaraq Müəllim meydanı etirazçılarla dolub, onlar İran Teleradiosunun türkləri təhqir etməsini pisləyib və fars irqçiliyinin əleyhinə şüarlar səsləndiriblər.

Yığıncaqda 20 nəfərdən çox etirazçının yaxalandığı bildirilir. İlkin məlumata görə, tutulanlar arasında İbrahim Nuri, Saleh Molla Abbasi, Əkbər Əbulzadə, Əkbər Cahangiri, Hamid ALLAHverdi, Vahid Bəstami, Abbas Daniş, Əlirza Çingizi və Süleyman Kaziminin adları çəkilir.

Əldə edilən məlumata görə, Saleh Molla Abbasi yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən möhkəm döyülüb.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed