13.11.2015 [13:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Babək Turançı adı ilə tanınan Möhsün Möhsünzadə təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Məlumata görə, bir neçə saat öncədən təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən ərdbəbilli milli-mədəni fəal artıq yaxalanıb.
O tutulduqdan sonra naməlum istiqamətə aparılıb.
Təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün onun işlədiyi “Gəldim” agentliyinə müraciət edib və fəalın xəbərdarlıq vərəqəsi ilə yanaşı ona aid Video Görüntünü də agentliyə veriblər. Lakin M.Möhsünzadə iş yerində olmadığına görə onu tutmağa nail olmayıblar. Buna baxmayaraq qısa müddət sonra fəalın yaxalandığı barədə məlumat yayılıb.
Qeyd edək ki, son günlərdə Güney Azərbaycanda İran televiziyasının türkləri təhqir etməsinə qarşı kütləvi etiraz yığıncaqları keçirilir. Bu müddətdə çoxsaylı azərbaycanlı fəal tutulub vəya təqibə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |