03.10.2011 [23:13] - Xəbərlər
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun Siyasi Bürosu və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatın müzakirəsində çıxış edərək bu il Türkiyədə keçirilən parlament seçkilərinə və İranda insan hüquqlarının pozulması probleminə toxunub.
Q. Paşayeva Türkiyə 12 iyun seçkilərinin Avropa standartlarına uyğun keçirildiyini vurğulayıb: “Biz müşahidə missiyasının üzvləri olaraq Türkiyədə olduğumuz zaman görüş və müzakirələr zamanı bir daha gördük ki, Türkiyəni və onun insanlarını narahat edən ən böyük problem terrordur. Biz terrora və minlərlə günahsız insanı qətlə yetirən terror təşkilatı ilə mübarizədə Türkiyəyə dəstəyimizi daha da artırmalıyıq. Son günlər terror qurbanı olan günahsız insanların sayının artması bizi ciddi narahat etməlidir”.
Bundan başqa, millət vəkili çıxışında İranda insan hüquqlarının kütləvi şəkildə pozulması məsələsini də assambleyanın diqqətinə çatdırıb: “İranda insan hüquqlarının kütləvi şəkildə pozulması bizi ciddi narahat etməlidir və təşkilat buna öz kəskin etirazını bildirməlidir. UNESCO-nun siyahısında olan Urmiya gölünün qurumasına İran rəhbərliyinin laqeyd münasibətinə qarşı dinc şəkildə öz sosial və ekoloji tələblərini irəli sürən yüzlərlə günahsız azərbaycanlının həbsxanalara salınması, onlara işgəncələrin verilməsi, onların ailə üzvlərinin təqib olunması, dinc etiraz aksiyasında iştirak edənlərə qarşı həyata keçirilən amansız işgəncələr hamımızı ciddi narahat etməlidir. Assambleyamız buna biganə qalmamalı, hüquqları kütləvi şəkildə pozulan bu insanların səsinə səs verməli, onlara dəstək göstərməli və İran rəsmlərini günahsız insanlara qarşı həyata keçirilən repressiyaları, əziyyət və işgəncələri dayandırmağa çağırmalıdır”.

Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |