14.11.2015 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 12-də İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində fars irqçiliyinə qarşı keçirilən aksiyanın başa çatmasından sonra daha 4 fəal tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin əməkdaşları dinc fəallar Murtuza Səfəri, Mehdi Zəncir Bulaqi, Cəlal Durugəri və İsrafil Fətullahzadəni gecə saatlarında tutub naməlum istiqamətə aparıblar. Azərbaycanlı fəalların hazırda harada saxlandığı, konkret nədə günahlandırıdığı bilinmir.
Qeyd edək ki, İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasında Azərbaycan türklərinin təhqir olunmasına qarşı noyabrın 12-də Əhərdə keçirilən aksiyada 30-dan çox etirazçı tutulub.
Xatırladaq ki, noyabrın 6-da İran Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları davam edir.

Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |