14.11.2015 [11:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 12-i İranın Ərdəbil əyalətinin Meşkinşəhr (Xiyav) şəhərində fars irqçiliyinə qarşı keçirilən aksiyalara qatıldığına görə azərbaycanlı gənc fəal Sina İrşadi küçədə yaraqlı hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyülüb.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Meşkinşəhr şöbəsinin əməkdaşları dinc fəal Sina İrşadini küçədə tutub aparmaq istəyiblər. Lakin fəal onlara müqavimət göstərib. Nəticədə məmurlar gənc fəalı küçənin ortasında vəhşicəsinə döyüblər. Üz-gözünə endirilən zərbələrdən fəalın eşitmə qabiliyyətində nasazlıq yaranıb. Lakin o, gərgin şəraitdə əlverişli bir fürsət taparaq məmurların əlindən qaça bilib.
Bundan əvvəl hökumət qüvvələri kasıb bir ailədən olan dinc fəal Sina İrşadini tutmaq üçün onun atasının iş yerinə və mənzilinə getsələr də, fəal evdə olmayıb. Nəticədə onun valideynləri hökumət tərəfindən təzyiqə məruz qoyularaq təhdid edilib.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün baxmayaraq azərbaycanlıların etiraz aksiyaları davam edir.

Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |