Şrift:
Əhərdə fars irqçiliyinə etiraz bildirən azərbaycanlı bacılar tutulub
14.11.2015 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 12-i İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində fars irqçiliyinə qarşı keçirilən aksiyalara dəstək verən 2 azərbaycanlı bacı, Günəş və Pinar Molla Abbasi tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin əməkdaşları azərbaycanlı bacılar, 20 yaşlı tələbə Pinar Molla Abbasi və 15 yaşlı bacısı Günəşi noyabrın 12-də evlərində tutaraq naməlum istiqamətə aparıblar.

Azərbaycanlı bacıların hazırda harada saxlandığı və konkret nədə təqsirləndirildiyi bilinmir.

Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün baxmayaraq azərbaycanlıların etiraz aksiyaları davam edir.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed