Şrift:
Əhərdə azərbaycanlı fəallar Şahin Eynullahi və Səccad Abbasi tutulub
14.11.2015 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində daha 2 azərbaycanlı fəal, Şahin Eynullahi və Səccad Abbasi tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin əməkdaşları hər iki fəalı Əta noyabrın 13-də tutub naməlum istiqamətə aparıblar. Fəalların həbsi, Əhərdə fars irqçiliyinə qarşı keçirilən kütləvi etirazlardan bir gün sonraya təsadüf edib.

Azərbaycanlı fəalların hazırda harada saxlandığı və onların konkret nədə günahlandırıldığı bilinmir. Son 5 gündə isə fars rassizminə qarşı keçirilən etirazlara görə Güney Azərbaycan şəhərlərində tutulanlardan 129 nəfərin kimliyi bəlli olub.

Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları davam edir.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed