Şrift:
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında qərar imzalayıb
03.02.2012 [12:02] - İdman
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında qərar imzalayıb. Qərarda qeyd olunub ki, Milli Məclis Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək uğrunda tender mərhələsində iştirakını tam dəstəkləyir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclis 2020-ci ilin Yay Olimpiya və Paralimpiya oyunlarının yüksək səviyyədə keçməsi üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirir.

Qərara əsasən, Milli Məclisinin bu niyyəti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqa çatdırılacaq.
Bu xəbər oxucular tərəfindən 1587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed