14.11.2015 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, qoşaçaylı gənc fəal Sitarə Əmini 2 saatlıq yerli ETTELAAT idarəsində saxlandıqdan sonra azadlığa buraxılıb.
İran Kəşfiyyət Nazirliyinin (ETTELAAT) Qoşaçay şöbəsinin əməkdaşları azərbaycanlı fəal Sitarə Əmini noyabrın 13-də fars irqçılığına qarşı şəhərdə keçirilən kütləvi etiraz aksiyasında tutub aparmışdılar. Yayılan məlumatlara görə, gənc fəal ETTELAAT-ın yerli idarəsində 2 saat saxlanılıb dindirildikdən sonra azadlığa buraxılıb.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.
Son 5 gündə isə fars rassizminə qarşı keçirilən etirazlara görə Güney Azərbaycan şəhərlərində tutulanlardan 129 nəfərin kimliyi artıq bəlli edilib.

Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |