Şrift:
İstanbulda İran konsulluğu qarşında fars irqçiliyinə etiraz edildi
16.11.2015 [10:24] - Gündəm, Türk dünyası-Turan
Bir qrup azərbaycanlı milli-mədəni fəal türkiyəli fəallarla birlikdə İstanbulda İran konsulluğu qarşısında etiraz aksiyası keçirib.
“Türk ocaqları” Təşkilatı tərəfindən düzənlənən yığıncaqda İran rejiminin Azərbaycan türk millətinə qarşı apardığı irqçi siyasət məhkum edilib.

Etirazçılar üzərində irqçiliyə qarşı şüarlar yazılan plakatlar qaldırıb və İran rejiminin türk millətinə qarşı apardığı irqçi siyasətinin dayandırılmasına dair şüarlar səsləndiriliblər.

Sonda aksiyaçılar tərəfindən oxunan bəyanatda İran Teleradiosunun türkləri iyrənc şəkildə təhqir etməsi, irqçiliyin bariz nümunəsi kimi kəskin məhkum edilib.

Bildirək ki, etiraz aksiyaları Ankara və İstanbulda İran səfirliyi və konsulluğu qarşısında bazar günü də davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed