Şrift:
Türkmənlərdən fars irqçiliyinə etiraz
16.11.2015 [10:26] - Gündəm, Türk dünyası-Turan
İran televiziyasının Azərbaycan türk millətinə qarşı iyrənc təhqirinin üstündən bir neçə gün keçməmiş fars irqçiliyinə dəlalət edən daha bir fakt ortalığa çıxıb.
“Tehran 90” qəzeti Türkmənistan-İran müsabiqəsindən bir gün öncə “Türkmənlər diz çökməlidir” başlıqlı bir mətn dərc edib. Bu təhqir məzmunlu yazı türkmənlər xüsusi ilə də mədəni fəalların etirazına səbəb olub. İran milli komandasının türkmən kökənli futbolçusu Sərdar Azmun öz Instagram səhifəsində qəzetin yazdığı təhqiramiz ifadəyə öz etirazını bildirib. O bildirib ki, mən Sərdar Azmun bir türkmənəm. atam, anam, bacım, qohumlarım və bütün əcdadım türkməndir. Qəzetdə oxuduğum məni çox üzdü, gəlin hansı dil, irq, din və məzhəbdən asılı olmayaraq bir-birimizə hörmət edək.”

Buna yazıçı jurnalist, universitetin elmi heyətinin üzvü, Gülüstan ümumi kültür şurasının üzvü, Gülüstan valisinin rabiti, qələn əncüməninin üzvü doktor Araz Məhəmməd Sarlı da etirazını bildirib. O qəzetin yol verdiyi təhqirə görə İranın mədəniyyət nazirinə məktub yazaraq öz etirazını çatdırıb.

Məktubun bir hissəsində fars dilində belə yazılıb:

“Türkmən hər yerdə olsa türməndir

Böyük xan Oğuzxanın nəslindəndir

Kimsə ilə dümənlik iddiamız yoxdur

Biz qurd kimiyik, diz çökmərik”
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed