16.11.2015 [11:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dövlət televiziyasında Azərbaycan türklərinin təhqir edilməsinə qarşı kütləvi etirazlar davam etdiyi bir vaxtda, Güney Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni dinc fəalların həbsi geniş vüsət alıb.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları noyabrın 14-də azərbaycanlı gənc fəal Məhəmməd Zare Qaradağinin atası evinə hücum çəkiblər. Təhlükəsizlik qüvvələri gənc fəalı valideynlərinin gözləri qarşısında vəhşicəsinə döyəndən sonra onu tutub naməlum istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, fəala məxsus kompüter və Azərbaycan türkcəsində olan kitablar götürülüb, valideynləri isə təhdid edilib. Azərbaycanlı fəalın hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.

Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |