Şrift:
Ankarada fars irqçiliyinə qarşı etiraz aksiyası keçirilib (video)
16.11.2015 [12:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran televiziyasının türkləri təhqir etməsi silsilə etirazlara yol açıb.
Məlumata görə, noyabrın 14-də Türkiyə paytaxtı Ankarada İran səfirliyi qarşısında fars irqçiliyinə qarşı etiraz aksiyası keçirilib. Etirazçılar Koğulu parkdan İran səfirliyinin qarşısına qədər şüar səsləndirərək hərəkət ediblər.

Aksiyada üzərində milli şüarlar yazılmış plakatlar qaldırılıb və “Haray Haray mən türkəm”, “Təbriz Bakı Ankara – Biz hara farslar hara?!”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycan bir olsun – İstəməyən kor olsun” və s. kimi şüarlar səsləndirilib.

Aksiyanın sonunda İran səfirliyi qarşısında etirazçılar tərəfindən Bəyanat oxunub. Bəyanatda İran rejiminin türkləri sistemli şəkildə təhqir etməsi, irqi ayri-seçkiliyi siyasəti və türk dilində təhsilə qoyulan qadağa məhkum edilib.

Bəzi etirazçılar əllərində tualet fırçası tutan İranın yüksək rütbəli rəsmi şəxslərinin şəkillərini qaldırıblar.

Aksiyalarda onlarla anadolu türkü, Güney və Quzey azərbaycanlı iştirak edib.

Video:

Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed