Şrift:
Fərəc Quliyev: - İstənilən bir xalq millətləşir o vaxt ki, o bir dövlət yaradır (video)
16.11.2015 [15:35] - Xəbərlər, davam TV, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Prezidentin iradəsinin əksinə olaraq, bəzi məmurların Cümhuriyyət dönəminə qısqanclıqla yanaşmaları, onların Milli Azadlıq Hərəkatında iştirak etməmələri ilə əlaqədardır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev İctimai Televiziyanın “Vətənin Səsi” verilişində millət və dövlət mövzusunda aparılan müzakirədə iştirak edib. Partiya sədri millətləşmə və dövlətləşmənin tarixindən və ideoloji prinsiplərindən danışıb. Fərəc Quliyev tarixi dövlətlərimizə və dövlətçi şəxsiyyətlərə qarşı müşahidə olunan qarayaxmanı pisləyərək bildirib ki, “başqa xalqlar yoxdan belə bir şeylər yaradıb ortaya qoyub dünyaya təqdim etdikləri halda, bizim bəzi özünü çoxbilmiş kimi göstərən yazarlar bizim şərəfli dövlətçilik tariximizi qəsdən gözdən salmağa çalışırlar. Hansı ki, biz başqalarından fərqli olaraq, tarixdə heç vaxt bizə utanc gətirəcək dövlətlər qurmadıq.”

Tarixi dövlətlərlə yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin bizə verdiyi dəyərlərdən danışan partiya sədri Prezidentin iradəsinin əksinə olaraq, bəzi məmurların Cümhuriyyət dönəminə qısqanclıqla yanaşmasını, onların Milli Azadlıq Hərəkatında iştirak etməmələri ilə əlaqələndirib.

Bu kimi fikirlərlərlə maraqlı məqamlara toxunan, Milli Azadlıq Hərəkatının liderlərindən, istiqlalçı deputat Fərəc Quliyevin İTV-dəki həmin müzakirədə həqiqətləri və prinsipləri tam aydınlığı ilə ortaya qoyan çıxışının vidosunu təqdim edirik:



Video açılmazsa TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 7071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed