17.11.2015 [11:34] - Gündəm, Türk dünyası-Turan
İranın Dövlət Televiziyasında Azərbaycan türklərinin iyrənc şəkildə təhqir olunmasına etiraz bildirmək üçün noyabrın 15-də İranın İstanbuldakı baş konsulluğu qarşısında aksiya keçirilib.
Aksiyaya Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) tərəfdarları ilə yanaşı Türkiyədəki Ülkü Ocaqları Təşkilatı və Turancı Hareket Partisinin bir sıra fəalları qatılıb. Aksiyaçılar əlləruində üzərinə “Haray-haray mən türkəm”, “Yaşasın bağımsız Güney Azərbaycan” və digər şüarlar yazılmış plakatlar qaldıraraq İranda Azərbaycan türklərinin sistematik şəkildə dövlət televiziyasında aşağılanmasına etiraz bildiriblər.
Qeyd edək ki, İstanbuldan başqa, ötən günlərdə İranın Ankaradakı səfirliyi qarşısında, eləcə də Türkiyənin Antalya, İzmir və Ərzrum şəhərlərində də İrandakı fars irqçiliyinə qarşı etiraz asksiyaları keçirilib.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.

Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |