Şrift:
İltimas Məmmədov: Azərbaycanda internetlə bağlı problem digər ölkələrə tranzit trafikinə təsir etməyib
17.11.2015 [11:38] - Gündəm, Sosial
Azərbaycanda internetlə bağlı yaranan problem digər ölkələrə tranzit trafikinə təsir etməyib. Bunu rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən İltimas Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycan ərazisindən internet trafikinin nəqli ilə bağlı heç bir problem yaranmayıb: “İnternetlə bağlı problem Azərbaycanın birinci provayderinin texniki mərkəzində avadanlığın yanması səbəbindən yaranıb. Lakin Gürcüstan, İran və Yaxın Şərqə gedən internet kanalları tam gücü ilə işləyirdilər və ona görə də, Azərbaycandan keçən tranzit trafiki ilə bağlı problem yaranmayıb”.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed