17.11.2015 [14:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsveçin Stokholm şəhərində İran İslam Respublikasının səfirliyi qarşısında Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) və Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) tərəfindən Güney Azərbaycanda gedən etirazlara dəstək məqsədi ilə aksiya keçirilib. Aksiyada Güney Azərbaycan təşkilatları ilə yanaşı Türk Fedrasiyası və Türkmən Eli, eləcə də Əhvaz Ərəbləri qatılaraq Güney Azərbaycan Türklərinə dəstək veriblər. Xatırladaq ki, askiyanın səbəbi İran televiziyalarından birinin bu yaxınlarda Türklərə qarşı təhqiredici içərikli proqram yayması olub.
Keçirilən aksiya haqqında məlumat verən GAİP İsveç təmsilçisi Səməd Fərtaş aksiyanın 2 saat müddətində davam etdiyini, bəyanat qəbul edilərək yekunlaşdığını bildirib.
Keçirilən aksiya haqqında məlumat verən GAİP İsveç təmsilçisi Səməd Fərtaş aksiyanın 2 saat müddətində davam etdiyini, bəyanat qəbul edilərək yekunlaşdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |