Şrift:
BUGÜN INQILAB BİZƏ NƏ VERƏ BİLƏR? I hissə.
03.02.2012 [13:40] - DAVAMın yazıları
Bugünlərdə ərəb ölkələrində başlayan inqilabların təsrinindən gözlərində ümid qığılcımı yaranmış insanlarimiz nəhayət yaxşılığa doğru nəyinsə dəyişməyini gözləyirlər - və bu dəyişiliklərin yalniz inqilab yolu ilə olmasina inam gətirirlər. Gəlin görək bu inqilabdan doğurdanmı yalnız müsbət nəticələr gözləmək olar, Təklif edirem ölkəmizdəki mənzərəyə bir fikri baxış keçirək:

Hakimiyyət - bugün hamımıza bəllidirki bugunki hakimiyyət təkcə rüsvətxorluqla xəstələnməyib - ümumiyyətlə hakimiyyətdə artıq etnik qruplaşmalardan və soy-kökü bilinməyən insanlardan ibaret kifayət qədər təsiredici qruplaşmalar var və ən əsası Rus kəşviyyat orqanları ilə belə qruplaşmaların bağlılığı hələdə qopmayıb - eyni zamanda qərbə və Türkiyəyə bağlı olan ikinci, üçüncü pillərdə yer alan məmur qruplaşmalarının olmasıda məlumdur. Birsözlə bugün xalqın sərvətini oğurlamaq hesabına kifayət qədər əllərinə kapital toplamış insanlar sadəcə böyük dövlətlərin maraqlarını uzlaşdırmaq imkanına sahibdirlər. Bu insanlarda milli şüur nəinki yad hətta bəzilərinə düşmən təsiri bağışlayır. Milli şüurun fərqində olan bir neçə nəfər varsa belə yenə onların milliliyə bəslədikləri rəğbət onların sahib olduqları real var-dövlət və imkanlarindan o tərəfə kecmir.

Xalq - insanlarımız milli düşüncədən tamamilə kasaddır -millət kimi hələ tam formalaşmamışıq - yəni insanlarımızın böyük əksəriyyəti milli kimliyimizin fərqində deyillər yaxud bu haqda tamamilə yanlış təsəvvürlərə malikdirlər - ideoloji boşluq aşiq-aşkar ortadadir - bu boşluğu sürətlə düşmən ideologiyalar tutmaqdadir.

Müxalifət - həqiqi muxalifət partiyaları kimi görünən AXCP, Musavat ve s. -- partiya rəhbərləri təkcə ziddiyyətli keçmişlərilə və ziddiyyətli bugünki ideoloji istiqamətləri ilə deyil həmçinin öz aralarında birləşəcək qədər imkana sahib olmamaları ilə fərqlənirlər və maliyyə qaynaqları milli kapitalistlərdən demək olarki tamamilə yoxsuldur -xarici güclərin əllərinə baxırlar.

Ikinci qrup ''muxalifətçilər'' liberalizm xəstəliyinə yoluxmuş qərb kəsviyyat orqanlari vasitəsilə qidalanan insanlarımızdır - ən çox cəmiyyətimizin qarışıq nigahlı rusdilli təbəqesinin təmsilçiliyinə daha yaxındır nəinki sadə xalq kütlələrinə. Erməniləri özlərinə nəinki düşmən bilmirlər hətta qardaşlaşa biləcəyimiz qədər sərsəm bir fikirlər daşımaqdadırlar - (ermənipərəst mövqeyi tutmuş qərbin güc mərkəzlərinin diktəsi ilə) İnsan hüquqları, demokratiya, seksual inqilab və s. kimi şüarlarla silahlanmışlar.

Üçüncü qrup muxalifətçilər - yenə dolayısıyla qərbdən qidalanan ve Türkiyə vasitəsilə gələn ''nurçular''dir - Türkiyənin bölünməsinə yönəlmiş siyasətə aktyorluq etməklə seçilən nurçular bizdədə Türk-Islam cildinə girmişlər-güclü kapitala və sistemli fəaliyyətə sahibdirlər. Üzdə hakimiyyətə dost münasibət bəsləyirlər - ABŞ-dan idarə edilən və idarə edən Fətullah Gülən - Iqtidarlardan güclü olmayınca onlara qarsı çıxmayın prinsipini əsas tutaraq çox incə və hiyləgər yollarla inkişafdadirlar. Yəni gizli müxalifətçilik edirlər(Türkiyədə olduğu kimi)

Irançılar və Vəhhabilərdə nurçular kimi Islam dinini manipulyasiya aləti etməklə hakimiyyətə gəlmək xəttini yeridirilər - Irançılar açıq-aşkar ölkəni Irana təslim etmək strategiyasını tutublar. Vəhhabilər isə insanlarımızı ərəb bədəvisinə çevirmək üçün dəridən-qabiqdan çıxırlar.

Bütün bu müxalifətçi kateqoriyalar hamısı bir birinə düşmən (dini cəryanlar/liberallar) mövqedədir. Bunları birləşdirən ortaq bir amil var bugünki rejimi devirmək istəyi.
........

EŞREF ELATLI.... ARDI VAR....
Bu xəbər oxucular tərəfindən 1430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed