18.11.2015 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir neçə gün əvvəl Ərdəbil əyalətində, Muğanın Parsabad şəhərində fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında tutulan Azərbaycan türklərindən 9-u azadlığa buraxılıb.
Azərbaycanlı fəallar, yazıçı Elşən Böyükvənd, Nadir Əzizi, Ramin Əzizpur, Ətabək Sepehri, Şəhram Huri, Arman Musəvi, Əli Əhmədi, Bəhram Bəradəran və Vəhid Nəriman, noyabrın 16-da ailələrinin qoyduğu mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar.
Fəalların saxlandığı bir neçə günlük həbs müddətində müxtəlif təzyiqlərə məruz qoyulduğu, təhdid edildiyi bildirilir.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları davam edir.

Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |