18.11.2015 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şiraz şəhərində Qaşqay türklərinin bir neçə gün əvvəl fars irqçiliyinə qarşı keçirdiyi etiraz aksiyasından və onların Azərbaycan türklərinə dəstək verməsini nümayiş etdirən şəkillər yayılıb.
Şəkillərdən də bəlli olduğu kimi bir qrup Qaşqaylı fəal noyabrın 13-də İranın Şirazdakı dövlət radio-televiziyasının binası qarşısında toplaşaraq fars irqçiliyinə qarşı etiraz bildiriblər. Aksiyaçılar əllərində yazılı vərəqə və plakatlar qaldıraraq İran türklərinin dövlət televiziyasında təhqir olunmasına son qoyulmasını, ölkədə türkdilli məktəblərin açılmasını və müxtəlif xalqların ana dillərinin məktəblərdə tədris olunmasını tanıyan ölkə konstitusiyasının 15-ci bəndinin icra olunmasını tələb ediblər.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları davam edir.

Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |