Şrift:
Vankuverdə fasr irqçiliyinə qarşı etiraz aksiyası keçirilib
18.11.2015 [11:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Diaspora nümayəndələrinin tədbirində irqçiliyə qarşı şüarlar səsləndirilib.
Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan türklər noyabrın 15-də üzərində irqçilik və ayrı-seçkiliyə qarşı şüarlar yazılmış plakatlarla Vankuver şəhər mərkəzində aksiya keçiriblər. GünAz TV mətbuat mərkəzinin “Amerikanın səsi”nə istinadən yaydığı məlumata görə, aksiya iştirakçıları Güney Azərbaycanda baş verən kütləvi aksiyalara dəstək olaraq İrandakı türklərin yanında olduqlarını bildiriblər.

İştirakçılarının əksəriyyəti Güney Azərbaycanı və Türkiyə türklərindən ibarət olan aksiyaya Britaniya Kolumbiyasında yaşayan Azərbaycan Respublikası vətəndaşları və Uyğur türkləri də qatılıb.

Piketdə üzərində “İranda türklərə qarşı irqçiliyə son qoyun”, “Qeyri-fars toplumlara qarşı ayrı-seçkiliyə son qoyun”, “Biz türkcənin İranda rəsmi dil olmasını tələb edirik”, “İran məktəblərində türk dili üzərindəki yasağı qaldırın” və “İranda türk fəalların təqibinə son qoyun” kimi şüarlar yazılmış plakatlar nümayiş etdirilib.

İranın təhlükəsizlik qüvvələrinin nəzarət altına aldığı etirazçıların şəkilləri eləcə də, Azərbaycan, Türkiyə və “Doğu Türküstan” Bayraqlarını daşıyan tədbir iştirakçıları həmçinin mitinq bölgəsinə gələn şəhər əhalisi arasında üzərində mitinq bəyanatı yazılmış vərəqələr yayıblar.

“Biz İrandakı türklərin yanındayıq” başlıqlı bəyanatda İran televiziyasında yayılan uşaq proqramında türklərin aşağılanmasına işarə edərək ümumiyyətlə ölkə mediasında türklərin “əqli cəhətdən problemli” və “insandan aşağı” toplum üzvləri kimi təqdim edildikləri önə çəkilib.

“Biz Kanadanın Britaniya Kolumbiyasında yaşayan türklər, xüsusilə də İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulan vəya yaralanan anti-iqrçi etirazçıların yanında dururuq... Biz məktəblərdə türkcə və digər qeyri-fars dillərdə təhsilə icazə verilməsini eləcə də, irqçiliyə etiraz edib türklərin dil hüquqlarını müdafiə etdikləri üçün qanunsuz şəkildə həbs edilmiş vicdan məhbuslarının sərbəst buraxılmasını İran dövlətindən tələb edirik...”

“Biz qeyri-fars dillər və kültürlərin əməli şəkildə rəsmiləşdirilməsi və İran toplumunun çoxmədəniyyətli təbiətinə hörmət edilməsinin, sadəcə qeyri-farslar üçün deyil fars əhali və bütün ölkə üçün zəruri olduğuna inanırıq,” aksiyanın qətnaməsində bildirirlir.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed