18.11.2015 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Azərbaycan Cümhuriyyətindəki səfiri Möhsün Pakayin də Teleradio Şirkəti (səda və sima) və verilişin prodüseri kimi “Fitilə” proqramında türklərin təhqir edilməsini sadəcə bir səhv adlandırıb. Bundan öncə Teleradio Şirkəti və verilişin prodüseri də oxşar bəyanatla çıxış ediblər. Bir millətin, ölkənin rəsmi televiziyasında təhqir edilməsinə belə bir münasibət bildirmək əslində növbəti təhqirdir. Ona görə ki, ictimai şüura hörmətsizlik kimi qəbul olunur.
Azərbaycan mətbuatında yayılan məlumata görə, Möhsün Pakayin İran televiziyasında efirə gedən verilişdə azərbaycanlıların təhqir olunması və azərbaycanlıların buna etirazına münasibət bildirərkən deyib ki, “İran televiziyasında efirə gedən verilişdə hazırlanan yumor (tənz) və deyilən sözlər xoş deyildi".
Onun sözlərinə görə, bu, qəsdən edilməyib "Fitilə" proqramında səhvə yol verilib: "Bu proqram 10 ildir, nümayiş olunur, yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulub. Veriliş heç bir halda İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara hörmətsizlik etmək fikrində olmayıb. Hətta proqramı hazırlayan və efirə verən də Azərbaycan dillidir. Verilişdən sonra o, Azərbaycan dilində çıxış edərək azərbaycanlılardan üzr istəyib.
Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Verilişdən sonra Güney Azərbaycan şəhərləri və xaric ölkələrdə İran rejiminin irqçi siyasətinə qarşı silsilə etirazlar başlayıb, etiraz dalğası hələ də davam edir.

Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |