18.11.2015 [13:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə fars irqçiliyinə qarşı etirazlara görə Ərdəbildə tutulan bir sıra azərbaycanlı fəalların valideynləri çoxlu maneələrdən sonra öz məhbus övladları ilə görüşüb.
Ailələrin, məhbus fəallarla görüşməsi isə çoxlu çəkişmələrdən sonra Ərdəbil prokurorunun razılığı ilə mümkün olub. Ailələrin dediyinə görə, həbs edilən fəallar ayrı-ayrı kameralarda saxlanılır və karantin korpus isə gigyena qaydaları baxımdan bərbad vəziyyətdədir və burada saxlanılan məhbuslar müxtəlif xəstəliklərə yoluxmaq təhlükəsi ilə üz-üzə qalıblar.
Yayılan məlumatlara görə, bir-birindən ayrı saxlanılan azərbaycanlı məhbuslar hər gün müxtəlif təzyiqlər altında ETTELAAT məmurları tərəfindən dindirilir və onlar çöldə baş verənlərdən heç cürə xəbər ala bilmirlər. Məhbus fəallardan isə Rəhim Qulami, Əli Xeyrcu, Meysəm Colani, Tohid Əmir Əmini, Murtuza Pərvin, Mustafa Pərvin, Fərşid Piçqanlu, Səid Sadiqifər və Əli Vasiqinin çox ağır bir şəraitdə saxlanıldığı, müxtəlif psixi (ruhi) təzyiqlərə məruz qoyulduğu bildirilir.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları davam edir.

Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |