Şrift:
Azərbaycan və Türkmənistan birgə layihələrin perspektivlərini müzakirə ediblər
18.11.2015 [13:55] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan və Türkmənistan yanacaq-enerji sektoru daxil olmaqla qarşılıqlı birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

Türkmənistanın dövlət xəbərlər agentliyinin verdiyi məlumata görə, müzakirələr SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında keçirilmiş görüşdə baş tutub.

R.Abdullayev "Türkmənistanın neft və qazı-2015" Beynəlxalq Konfrans və Sərgisində iştirak etmək üçün Aşqabadda səfərdədir.

Məlumatda deyilir ki, görüş zamanı iqtisadi sahədə qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri müzakirə olunub: "İki ölkə zəngin karbohidrogen yataqlarının səmərəli mənimsənilməsi, o cümlədən Xəzər regionundan enerji daşıyıcılarının dünya bazarlarına tədarükünü şaxələndirmək məqsədilə tutarlı addımlar atır".
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed