Şrift:
İranın sabiq mədəniyyət və islami irşad naziri Ətaullah Mühaciraninin oğlu Məhəmməd Möhsin Mühacirani həbs olunub.
19.11.2015 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fars agentliyinın verdiyi məlumata görə, həbs olunan şəxs rüşvətxorluqda və 87 milyon dollar dəyərində itmiş neft platformasına dair cinayət işində ittiham olunur.

Qeyd edək ki, ötən il İranın Dəniz Təhsisatları Şirkətina məxsus və dəyəri 87 milyon dollar olan neft platformasının itməsinə dair xəbərlər ölkənin saytlarında yayımlanmışdı.

İran parlamentinin enerji komissiyası bu şirkəti yoxlamağa başladı və bu şirkətin iki direktoru haqqında cinayət işi açıldı. Altı ay sonra İranın məhkəmə sisteminin sözçüsü Qulam Hüseyn Möhsini Əjeyi həmin cinayət işi ilə əlaqədar bir nəfərin həbs olunduğunu elan etdi.

Sabiq nazir Ətaullah Mühacirani hazırda Londonda yaşayır. O, prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə mədəniyyət naziri vəzifəsində çalışıb.
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed