Şrift:
Türkiyənin cənub-şərqindəki bir mağarada 5 terrorçu məhv edilib
03.02.2012 [14:22] - Hərb
Türkiyənin cənub-şərqindəki Batman vilayəti ərazisində PKK terrorçularına qarşı əməliyyat keçirilib. Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları dağlıq ərazidəki bir mağarada terrorçuların gizləndiyini müəyyənləşdiriblər. Polisin “təslim ol” çağırışına mağaradakı terrorçular atəşlə cavab veriblər. Bundan sonra xüsusi təyinatlı polis dəstəsi əməliyyata başlayıb. İlkin məlumatlara görə, 5 terrorçu məhv edilib. Əməliyyat davam edir.
Bu xəbər oxucular tərəfindən 1284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed