19.11.2015 [12:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizli soydaşımız, türklərin təhqir edilməsi və cəmiyyətdə yaradılan gərginliyə görə Teleradio Şirkətinin (səda və sima) məsullarından şikayət edib.
Hüseyn Vəlizadə İran Teleradiso Şirkətinin rəisi Məhənməd Sərfəraz, “Kanal 2” televiziyasının müdiri Məhəmmədrza Cəfəri, “Fitilə” proqramının rejissor (ynətmən) və aktyoru Məhəmməd Müslimi və “Fitilə”nin prodüseri Əlirza Ağayidən rəsmi şəkildə şikayət edib.
Məlumata görə, soydaşımızın rəsmi şikayəti artıq məhkəmə orqanları tərəfindən qeydə alınıb və Tehranın mədəniyyət və mətbuat məhkəməsinin 4-cü şöbəsinə göndərilib.
Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Verilişdən sonra Güney Azərbaycan şəhərləri və xaric ölkələrdə İran rejiminin irqçi siyasətinə qarşı silsilə etirazlar başlayıb, etiraz dalğası hələ də davam edir.

Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |