Şrift:
Erməni deputatlar AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin dünən keçirilmiş iclasını da boykot ediblər
03.10.2011 [23:24] - Gündəm
AŞPA sessiyası çərçivəsində Assambleyanın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçirilib. Ermənistan nümayəndə heyətinin üzvləri bu dəfə də iclası boykot ediblər.
Görüşdə Alt Komitənin sədri, ispaniyalı deputat Yordi Chukla i Kosta və Azərbaycan nümayəndə heyətinin üzvləri Səməd Seyidov və Sabir Hacıyev iştirak ediblər. S. Seyidov bildirib ki, erməni tərəfinin görüşə gəlməməsini haqda AŞPA bürosuna məlumat verilməsi barədə qərar qəbul olunub: “Qərara gəldik ki, erməni tərəfinin bu görüşə də gəlməməsi haqda büroya xəbər verək. Mən isə şəxsən konkret məsələ qaldırdım. Dedim ki, siz də, biz də şahid olduq ki, Ermənistan AŞPA bürosunun yekdilliklə qəbul etdiyi qərarını pozur və görüşə gəlmir. Bu o deməkdir ki, büro Azərbaycanla bağlı qərarların pozulması məsələsini qaldıranda ən azı ikili standartlarla çıxış edirsiniz. Onlar da bununla razılaşmalı idilər, başqa yolları da yoxdur. Bundan sonra da komitənin növbəti iclasları olacaq, ermənilər gəlməsə, bu onların işidir. Lakin onlar gəlməməkləri ilə AŞPA bürosunun qərarını pozurlar. Bu, çox ciddi pozuntudur”.
Qeyd edək ki, erməni deputatlar Alt Komitənin yaz və yay sessiyalarında keçirilmiş iclaslarına da qatılmayıblar.
Bu xəbər oxucular tərəfindən 1110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed