20.11.2015 [10:04] - Gündəm, İslam dini, DAVAMın yazıları
Avropada müsəlmanlar arasında İslam təsəvvürünü əsasən ərəb, Afrika ölkələrindən gəlmiş yoxsul və savadsız insanlar yaradır. Köhnə qitənin sakinlərini İslam barədə qənaətə gəlməyə vadar edənlər arasında varlı ərəbləri də göstərmək olar. Türklər də Avropada müsəlmanları fəal təmsil edənlər sırasındadır.
Bir sıra hallarda sadaladığımız insanların davranış və hərəkətləri, həyat tərzləri, xüsusilə də İslamı səhv anlayaraq onu yaşamaları avropalılarda İslam barədə yanlış təsəvvürlər yaradır.
Noyabrın 13-də Parisdə terror dəhşəti yaşandıqdan sonra Avropa ölkələrində İslam əleyhinə əsassız olaraq yeni dalğanın başladığını görmək olar. İŞİD-in Parisi qorxuya salması Avropada sağçıların və millətçilərin müsəlmanlar əleyhinə olan iddia və tələblərini gücləndirdi.
Avropada yaşayan müsəlmanların İslamı yanlış yaşaması həmin sağçılara və milətçilərə əlavə “kozır” verir. Avropalıların gündəlik həyatda həmin insanlarla tez-tez qarşılaşmaları və münasibətdə olmaları İslamı səhv anlamağa gətirib çıxarır.
Məsələnin daha yaxşı anlaşılması üçün başqa örnəklər göstərək. Postsovet ölkələrindən, o cümlədən Azərbaycandan Rusiyaya pul qazanmaq üçün gedənlər əksər hallarda rayon və kənd sakinləri olur. Etiraf etmək lazımdır ki, onların dünyagörüşləri o qədər də geniş deyil. Məhz bu səbəbdən də azərbaycanılar Rusiyada alverçi kimi daha çox tanınır.
Çox uzağa getməyək, elə ölkəmizin daxilində kəndli və şəhərli söhbətinin yaranması da əbəs yerə deyil. Məsələ kənd və şəhər insanının dünyagörüşlərinin əks qütblərdə yerləşməsindədir. İndi özünüz fikirləşin, Afrikanın hansısa qəsəbəsinin sakini Parisin göbəyindədir - bu, əsrlərin toqquşmasıdır.
Avropalıları İslam barədə daha çox məişət səviyyəsində məsələlər maraqlandırır. Bura ən çox qadınların hüquqları, geyim tərzləri, kişi və qadın münasibətləri aiddir. Məsələn, sıravi avropalıda belə bir yanlış təsəvvür var ki, müsəlman qadını mütləq niqablı olmalıdır, yəni üzünü örtməlidir. Əslində isə İslamda qadının üzünün örtülməsinə dair əmr yoxdur.
Avropalıları qıcıqlandıran daha bir məsələ müsəlman kişisinin 4-dək qadınla evlənə bilmək hüququnun olmasıdır. Belə bir imkan müsəlman kişisinə verilib. Lakin Quranda da bir qadınla evlilik məsləhət görülür. Üstəlik, 4 qadınla evlənmək daha çox müharibələrdə xeyli sayda kişinin ölməsi və buna bənzər hadisələrlə əlaqədar verilmiş imkandır. Daha bir vacib məqam isə kişinin ikinci dəfə evlənmək istəyi zamanı birinci həyat yoldaşından icazə almasındadır.
Avropalılar bilmir ki, beynəlxalq aləmdə qəbul edilmiş hüquq və azadlıqlar İslam dinində açıq və dolayısilə hələ VII əsrdə öz əksini tapıb. Bunu və ümumiyyətlə, İslamı doğru-düzgün anladacaq din xadimlərinin, alimlərin, siyasətçilərin geniş Avropa auditoriyasına çıxışı məhduddur. Bəzən bu çıxışların qarşısı süni şəkildə alınır. Avropanın yoxsul təbəqəsini təmsil edən müsəlmanların cəmiyyətə inteqrasiya edə bilməməsi və yerli hakimiyyətin bu işdə fəal, hərdən də maraqlı olmaması tərəflər arasında uçurumu daha da genişləndirir.
Təəssüf ki, Quranın bu qaydalarına nəinki Avropada, hətta müsəlman dünyasında əməl olunmur. Avropalıların qitədəki müsəlmanlardan şikayətləndiyi daha bir məsələ təmizliklə bağlıdır. Etiraf olunmalıdır ki, bu, qismən də olsa haqlı iraddır. Avropadakı müsəlmanların yaşadığı ərazilərdə təmizliyə heç də istənilən səviyyədə riayət edilmir. Halbuki “Təmizlik imandandır və ya təmizlik imanın yarısıdır” kimi hədislər mövcuddur.
Dəbdəbəli həyat tərzi keçirən ərəblər də təəssüf ki, avropalılara yaxşı müsəlman örnəyi ola bilmirlər. Onların pula pul deməyərək bədxərcliklər etməsi sadə həyat tərzi keçirən avropalılar tərəfindən anlaşılmır. Şeyxlərin Avropanın qabaqcıl klublarını (“Mançester Siti”, PSJ və s.) satın almaları da onlarda bir qorxu yaradıb.
Avropalılar qorxur ki, müsəlmanlar onların ölkələrində söz sahibi olacaqlar və yaxın gələcəkdə qitə sakinləri azlıq, müsəlmanlar isə çoxluq təşkil edəcəklər. Təsadüfi deyil ki, Fransa ədəbiyyatının klassiki sayılan Mişel Uelbekin yeni romanı “İtaətkarlıq”da bu qorxu ifadə edilib.
Romanın işıq üzü görməsi məlum Paris hadisələri ilə üst-üstə düşdü. Romanda hadisələr Fransada 2020-ci illərin əvvəllərində cərəyan edir. İslamçı şəxs artıq Fransa Prezidenti olub. Səudiyyəlilər Sorbonna, qətərlilər isə Oksford universitetini alıb. Bundan sonra romanın qəhrəmanı olan müəllim Sorbonna universitetindəki işindən azad edilir. Romanda müəllifin İslam barədə yanlış təsəvvürü olduğu görünür və bu dinə, onun nümayəndələrinə qarşı, yumşaq desək, xoş münasibət bəsləmir. Yanlış təsəvvürlərinə görə müəllif müsəlmanları məhz savadsız, elmə qarşı çıxanlar, diktatorlar kimi təqdim etməyə çalışır.
Əlbəttə ki, İslam pərdəsi altında terror aktları törədən islamçı qruplaşmalar da bu dinin nüfuzuna böyük xələl yetirirlər. Hərçənd, İslam günahsız bir insanın ölümünü bəşəriyyətin ölümünə bərabər tutur. Belə terror təşkilatlarının yaradıcılarının Qərb dövlətləri olduğu iddia edilir və çox vaxt bu iddiaların həqiqət olduğu üzə çıxır. Elə götürək, ötən gün Rusiya Prezidenti Vladimir Putinin İŞİD-in 40 ölkədən maliyyə yardımı alması barədə bəyanatını. O, qeyd edib ki, bu ölkələr arasında G20 üzvləri də var. Yəqin ki, onlar arasında Qərb ölkələrinin olması heç kimdə şübhə doğurmur.
Bu fakt Avropada, eləcə də bütün dünyada İslamı gözdən salmağa və yanlış təsəvvür yaratmağa çalışanlardan birinin də Qərbin bəzi dairələrinin olduğuna işarət edir. Təbii ki, Avropadakı müsəlmanların yerli sakinlərin İslamı doğru və ya səhv anlamasında təsiri var. Lakin bu təsir yardımçı təsirdir. Yəni əsrlər boyu Avropada İslama qarşı kök salmış fikir mövcuddur. Təəssüf ki, bu fikir heç də müsbət yöndə deyil. Bu səbəbdən Avropadakı müsəlmanların yanlış təsəvvür yaratmaları sadəcə kök salmış fikri gücləndirməkdən başqa bir şey deyil.
Əvvəllər Avropada İslama qarşı nifrət “dini əsaslar”a dayanırdısa (Səlib yürüşlərini bura aid etmək olar), indi bu “əsaslar”a ateistlik də əlavə olunub. Avropa öz dini dəyərlərindən uzaqlaşaraq bu nifrəti həm də ateizm-İslam müstəvisinə çıxarıb. Paris hadisələrinə görə sosial şəbəkələrdə "Paris üçün dua edək" heşteqi yaradılanda müsəlmanların qəzəbinə tuş gəlmiş “Charlie Hebdo” nəşri maraqlı açıqlama yaydı. Nəşr açıqlamasında dualar üçün hamıya təşəkkür edərək bu qədər duaya ehtiyac olmadığını qeyd edib.
Hazırda İslam dünyası bütövlükdə Qərb dünyasından bir çox sahələrdə geri qalır. Bu gerilik özünü daha çox elm sahəsində göstərir. Elə İslam ölkələrinin güclü olduğu dövr məhz onların elmi cəhətdən güclü olduğu zamana təsadüf edib. İslamda alimin mürəkkəbi şəhidin qanından üstün sayılsa da, bəzi müsəlmanlar yanlış yerə özlərini şəhid etməyə can atırlar. Müsəlman ölkələrinin indiki acınacaqlı vəziyyətə düşməsinin səbəblərindən biri də məhz müstəmləkəçi Avropa dövlətləri tərəfindən istismar edilməsidir.
Çox vaxt bir müsəlmanın yanlış hərəkəti dünyada bütün müsəlmanların və İslamın adına yazılır. Buna görə də indi müsəlmanların üzərinə böyük məsuliyyət düşür.

Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |