20.11.2015 [11:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhbus hüquqları məhdudlaşıdırılır.
Son məlumata görə, Şiraz zindanında məhkum edildiyi bir illik həbs cəzasını çəkməkdə olan azərbaycanlı fəal, telefon əlaqəsi saxlamaq və hərhansı bir irtibat qurmaq hüququndan məhrum edilib.
Keçən günlərdə Ərdəbil zindanından Şiraz həbsxanasına sürgün edilən fəal həbsxananın “səbz-i bozorg” bölümünə köçürülüb.
Abbas Lisaninin 1 il müddətinə azadlıqdan məhrum edilməsi 2011-ci ildə Urmu gölü böhranı ilə bağlı keçirilən etiraz aksiyası ilə əlaqədardır. Həmin dosyeyə görə azərbaycanlı fəal “sistemin əleyhinə təbliğ” və “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamlarla suçlanıb.
Azərbaycanlı fəal 2011-ci il sentyabrın 9-da (1390-cı il şəhrivərin 18-də) Urmu gölü etirazları zamanı Ərdəbildə yaxalanıb. O 55 gün Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsində saxlandıqdan sonra 100 milyon temənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal aktiv mədəni fəaliyyətləri ilə seçilən fəallardan biridir. O Babək Qalası, Urmu gölü etirazları, türkcə dərgilərin nəşr edilib və yayılması, Səttarxanın məzarı üstü mərasimi və digər yığıncaqlarda aktiv iştirakçılardan olub və bu kimi fəaliyyətlərinə görə, uzun illərdir İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Cənab Lisani Azərbaycanın demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər məhbus həyatı yaşayıb.
Ötən illərdə Beynəlxalq Əfv Təşkilatı, məhbusların hüquqlarının müdafiə qurumu və müxtəlif insan haqları təşkilatları Abbas Lisani ilə bağlı bəyanatlar yayıb və azərbaycanlı fəalın vəziyyəti ilə bağlı öz nigaranlıqlarını bildiriblər. İrann rejimi Güney Azərbaycanda Milli Mədəni Fəallara təzyiqləri davam etdirməklə hərəkatı zəiflətməyə və insanları belə cərəyanlara qatılmaqdan çəkindirməyə çalışır.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |