Şrift:
Ərdəbil etirazlarında tutulan 3 azərbaycanlı fəal azadlığa buraxılıb
20.11.2015 [12:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə Ərdəbildə fars irqçiliyinə qarşı keçirilən dinc etiraz aksiyasında tutulan 3 azərbaycanlı fəal Fərşid Piçqanlu, Behruz Şəhbazi və Məhyar Şəhbazi 11 günlük həbsdən sonra azadlığa buraxılıb.
Fəalların müvəqqəti olaraq azadlığa buraxılması, onların ailələrinin qoyduğu 80 milyon tümənlik mülk girovu qarşılığında mümkün olub. Azərbaycanlı fəalların həbsdə saxlandığı müddətdə müxtəlif psixi (ruhi) təzyiqlərə məruz qoyulduğu bildirilir. ETTELAAT-ın rdəbil şöbəsinin əməkdaşları hər üç fəalı noyabrın 9-da tutub naməlum istiqamətə aparmışdılar.

Ərdəbil etirazlarında tutulan dinc fəalların isə hazırda şəhərin mərkəzi zindanında saxlandığı bildirilir.

Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Nəticədə Təbriz və Urmiyada ən azı 130 azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb.
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed