Şrift:
Azərbaycanlı fəalın tutulması ilə bağlı yayılan məlumat təkzib edilib
20.11.2015 [12:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qəzvin şəhərində azərbaycanlı dinc fəal Həsən Heşməti Əfşarın tuulması ilə bağlı iki gün əvvəl yayılan məlumat təkzib edilib.
Güney mənbələrinin noyabrın 18-də yaydığı məlumatda bildirilmişdi ki, ETTELAT-ın Qəzvin şöbəsinin əməkdaşları Azərbaycanın Tikantəpə şəhərindən olan Həsən Heşməti Əfşarı noyabrın 11-də tutaraq naməlum istiqamətə aparıblar. Lakin həmin xəbər yayılandan bir gün sonra, noyabrın 19-da yayılan yeni məlumatda dinc fəalın 9 gün əvvəl tutulub həbs edilməsi ilə bağlı məlumat təkzib edilib.

Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Kütləvi etirazlar nəticədə Təbriz, Urmiya və digər şəhərlərdə ən azı 130 azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed