20.11.2015 [12:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbilin küçə və meydanlarında fars irqçiliyinə qarşı son etirazlarda tutulan azərbaycanlı dinc fəalların azadlığa buraxılması tələbi ilə divarlara geniş şəkildə şüarlar yazılıb.
Əsasən evlərin və məktəblərin divarlarında yazılan şüarların əsas məzmunu azərbaycanlı fəalların, o cümlədən də siyasi məhbusların azadlığa buraxılması tələbi ilə bağlıdır. Yazılan şüarlar arasında isə tanınmış azərbaycanlı fəal Abbas Lisaninin azadlığa buraxılması və Azərbaycan türklərinin dövlət televiziyasında təhqir olunmasına qarşı kəskin etiraz bildirən və şəffaf mövqe sərgiləyən urmiyalı deputat Nadir Qazipura “yaşasın” şüarı xüsusi dəqqət çəkir.
Ərdəbilli fəalların şəhər divarlarına yazdığı bəzi şüarlar bunlardır: “Yaşasın Azərbaycanın igid oğulları”, “Azərbaycan igidlərinə azadlıq”, “Yaşasın Azərbaycan”, “Yaşasın Abbas Lisani” və “Yaşasın urmiyalı deputat Qazipur”.
Qeyd edək ki, noyabrın 9-da Ərdəbildə fars irqçiliyinə qarşı keçirilən kütləvi etirazlarda onlarla azərbaycanlı fəal tutulub. Tutulanlar arasında dinc fəallar, Rəhim Qulami, Əli Xeyrcu, Meysəm Colani, Murtuza Pərvin, Tohid Əmir Əmini, Möhsün Möhsünzadə, Əli Vasiqi və başqaları da var.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Kütləvi etirazlar nəticədə Təbriz, Urmiya və digər şəhərlərdə ən azı 130 azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb.

Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |