Şrift:
Ermənilərdən ali mükafat almış senator “soyqırımı” sənədinə qarşı çıxdı
03.02.2012 [14:55] - Gündəm
Qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cinayət təqibi ilə bağlı Senatın qəbul etdiyi qanunun əleyhinə çıxıb Fransa Konstitusiya Şurasına müraciət təşkil edən təşəbbüs qrupuna daxil olan senatorlar arasında Ermənistanın ali dövlət mükafatını almış deputat var.
1998-2008-ci illərdə Fransa Senatının sədri olmuş Kristian Ponsle 2003-cü ildə keçmiş prezident Robert Köçəryan tərəfindən Ermənistanın ən yüksək dövlət mükafatlarından olan “Müqəddəs Mesrop Maştots” ordeni ilə təltif edilib.
2000-ci ilin fevralında Ponslenin sədri olduğu Fransa Senatı qondarma soyqırımla bağlı qanun layihəsini müzakirəyə çıxarmaqdan imtina edib. Bu isə Ermənistanda böyük narazılığa səbəb olub.
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed