Şrift:
Polis qüvvələri mağaza tablolarından türk adlarını silir – Təbrizdə
21.11.2015 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə mağaza tabloları üzərində xarici sözlərin yazılması ilə bağlı qadağa planı icra olunur.
Bu barədə danışan Şərqi Azərbaycan Ümumi Asayiş Polisinin rəisi mağaza tabloları üzərində xarici sözlərin yazılması ilə bağlı qadağa planının icra edildiyi və 34 ticarət müəssisəsinin bağlanıldığını elan edib. Əlirza Hünərdust tablosu üzərində qeyri-adi ad və latın xəttindən istifadə edən ticarət müəssisələrinə qarşı qanuni tədbirlər görüldüyü və qadağa planının icra olunduğunu bildirib.

Ə.Hünərdustun sözlərinə görə, Şərqi Azərbaycanın Ümumi Mülkiyyətə Nəzarət İdarəsinin məmurları 1136 ticarət müəssisəsinə açıq və gizli şəkildə baxış keçirib və bu müəssisələrin 838 müdirinə lazımi təlimləri veriblər.

O əlavə edib ki, 173 ticarət müəssisəsinin müdirlərindən qanunları riayət etmək və qeyri-fars xəttindən (latın) istifadə etməməklə bağlı imza alınıb.
Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed