21.11.2015 [11:31] - Gündəm, İqtisadiyyat
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “UKRFERRİ” gəmiçilik şirkəti arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Ukrayna Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Alekcandr Mişenko və “UKRFERRİ” gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand ilə keçirilən görüşdə QSC-nin sədri Cavid Qurbanov reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
İkitərəfli görüşdə, həmçinin Ukrayna və Azərbaycan ölkələrinin əməkdaşlıq perspektivləri və Ukraynaya Azərbaycan üzərindən tranzit potensialının artırılması məsələləri müzakirə olunmuşdur.
Səfir Alekcandr Mişenko və “UKRFERRİ” gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirmişlər.

Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |