Şrift:
Traxtur tərəfdarı Həsən Camali saxlanılıb
21.11.2015 [12:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 20-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Xorasanın “Siyahcameqan” takımı arasında keçirilən müsabiqədə bir çox soydaşımız tamaşaçı qismində iştirak edib. Milli şüar səsləndirən futbol tamaşaçılarından bir neçəsinin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı bildirilir.
Məlumata görə, Xoy şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Həsən Camali təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və Saib təcridxanasına aparılıb. O komandasını təşviq edərkən hökumət qüvvələrinin hücumuna məruz qaldıqdan sonra tutulub.

Saib təcridxanasının məsulları H.Camalinin yaxınlarına bildiriblər ki, “onun azad edilməsi ilə bağlı sabah qərar veriləcək. Bu, müstəntiqin çıxaracağı qərara əsasən sənəd girov qoyduqdan sonra mümkün olacaq.”

“Traxtur-Siyahcameqan” müsabiqəsində daha bir neçə tamaşaçının yaxalandığı bildirilir. Yavər Sultani, Cavad Sultani, Mehdi Şərifi, Məhəmməd Şirzad, Mehdi Şirzad, Cəfərpur və Hadi Hüseynzadın yaxalandığı Telegram səhifələri və şahidlər tərəfindən təsdiq edilir.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed