Şrift:
Qəhrəmanlar unudulmur - Milli Qəhrəmanlar Şahin Tağıyev və Bəylər Ağayev
03.02.2012 [15:18] - Hərb
DAVAM,AZ-da Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edirik.
Qəhrəmanlar Unudulmur!

Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. O, təyinatla Rusiyanın Udmurtiya vilayətində çalışıb, ordu sıralarında zabit kursu keçib, Bakıda Mayesiz Transformatorlar zavodunda mühəndis işləyib. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, əvvəl sıravi, sonra “Qurtuluş” batalyonun komandiri kimi Tərtər, Ağdərə və digər istiqamətlərdə rəşadətlə vuruşub, Ağdərə şəhərinin azad olunmasında xüsusi fərqlənib. 1992-ci il iyunun 23-də Milli Qəhrəman adına layiq görülüb. Bir müddət Qarabağ Azadlıq Təşkilatının sədr müavini olub, hazırda İsveçdə mühacir həyatı yaşayır.

Bəylər Tapdıq oğlu Ağayev 1969-cu il fevralın 3-də Qubadlı rayonu Qarağaclı kəndində anadan olub. O, 1992-ci ildə təhsil aldığı İnşaat Mühəndislər İnstitutundan könüllü olaraq cəbhəyə gedib, Laçın rayonu Şəfiyan, Fərəcan, Mazutlu, Türklər, Suarası və digər kəndlərin müdafiəsində sücaətlə vuruşub. 1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda komandiri olduğu bölüklə birlikdə sona qədər vuruşub, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. 1992-ci il dekabrın 7-də Milli Qəhrəman adına layiq görülüb. Qarağaclı kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.

ALLAH SİZLƏRƏ RƏHMƏT ELƏSİN RUHUNUZ ŞAD OLSUN...!
Bu xəbər oxucular tərəfindən 2015 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed