Şrift:
Güney Azərbaycanda terror aktlarının qarşısı alınıb
23.11.2015 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın xüsusi xidmət orqanları tərəfindən aparılan anti-terror əməliyyatları zamanı iki ekstremist qrupu zərərsizləşdirilib, onlardan partlayıcı maddə və silah götürülüb.
Bu barədə İslam Respublikasının Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Dəstələrdən biri ölkənin şərqində zərərsizləşdirilib. Onlar burada on partlayıcı qurğunu işə salaraq terror aktları törətməyi planlaşdırıblar. Partlayıcı maddələrin ümumi çəkisi 150 kq. təşkil edib.
Digər qruplaşma ekstremistlərin partlayışlar törətməyə hazırlaşdıqları Qərbi Azərbaycan vilayətində zərərsizləşdirilib.
İnform.az
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed