Şrift:
Beytullah Bərzgər və Əli Feyzipurun saxlanılması davam edir
24.11.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhkmə məsulları heç bir şərtlə azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılması tələbini təmin etmir.
Əldə etdiyimiz son məlumata görə, fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarında yaxalanan Beytullah Bərzgər və Əli Feyzipur hələ də təcridxanada saxlanılır.

Məlumata görə, hər iki fəal müvəqqəti azadlığa buraxılmaq üçün mülkiyyət sənədi girov qoymağa hazır olsalar da, hakim (qazı) Rəncbər onların tələbini təmin etməyib.

Xatırladaq ki, noyabrın 6-da (abanın 15-də) İran televiziyasının türkləri iyrənc şəkildə təhqir etməsi azərbaycanlıların silsilə etiraz aksiyalarına səbəb oldu. Həmin aksiyalarda 150 nəfərdən çox soydaşımız yaxalandı. Tutulanların əksəriyyəti mülki vəsiqə qarşılığında azadlığa buraxılsa da, bir sıra milli-mədəni fəal hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed