24.11.2015 [12:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 9-da (abanın 18-də) Güney Azərbaycanın Ərdəbil şəhərində keçirilən kütləvi etiraz asksiyalarında çoxsaylı soydaşımız tutulub.
Son məlumata görə, fars irqçiliyinə qarşı keçirilən aksiyalarda tutulan bəzi fəallar, hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır. Bu vəziyyət fəalların ailəsinin xüsusi nigaranlığına səbəb olub.
Ərdəbil məhkəməsindən bildirilib ki, hələlik tutulan etirazçıların vəsiqə qarşılığında sərbəst buraxılacağına dair heç bir qərar yoxdur.
Tutulanlardan bir çoxu 80 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılsa da, Rəhim Qulami, Əli Xeyrcu, Əli Vasiqi, Meysəm Colani, Murtaza Pərvin, Mustafa Pərvin, Tohid Əmir Əmini və Səid Sadiqifər kimi milli-mədəni fəallar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır. Saxlanılanlar noyabrın 21-də (abanın 30-da) ailələri ilə telefon əlaqəsi saxlayaraq qeyri-müəyyən vəziyyətin davam edəcəyi təqdirdə aclıq aksiyasına başlayacaqlarını bildiriblər.
Bu arada Meşginşəhr zindanında da oxşar vəziyyətin yaşandığı bildirilib. Etiraz aksiyalarında yaxalanan Aydın Zakiri, Beytullah Bərgər, Əli Feyzipur və Siyamək Qardaşi günümüzə qədər qeyri-müəyən vəziyyətdə saxlanılır.
Yuxarıda adlarını çəkdiyimiz bütün fəallar irqçiliyə qarşı keçirilən etiraz aksiyalarında yaxalanıblar.

Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |