24.11.2015 [15:53] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Rusiya Hərbi Kosmik Qüvvələrinin qırıcı təyyarəsini vurmaqla öz hava məkanının pozulmasının qarşısını alıb və siyasi iradə göstərib.
Bunu Türkiyə Hərbi Qüvvələrinin istefada olan general-leytenantı Armağan Kuloğlu deyib.
Onun sözlərinə görə, Türkiyə üçün hava məkanını hansı ölkənin təyyarəsinin pozmasının heç bir əhəmiyyəti yoxdur: "Rusiya qırıcısı vurulmazdan əvvəl onun ekipajına Türkiyə hava məkanını pozması barədə dəfələrlə xəbərdarlıq edilib".
A.Kuloğlu qeyd edib ki, bu insident Rusiya-Türkiyə münasibətlərində qısamüddətli siyasi böhran yarada bilər: "İki ölkə arasında siyasi əlaqələrin və iqtisadi layihələrin əhəmiyyətini nəzərə alsaq, bu böhran çox çəkməyəcək".
Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyanın "Su-24" qırıcı təyyarəsini vurub.
Hər iki pilot katapult edə bilib və təyyarə Suriya ərazisinə düşüb.

Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |