Şrift:
İbrahim Ramazani: “Onlar türklüyü stadionda öyrənir” (adio)
25.11.2015 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az “Traxtor Üsyanı - İranda Türk Millətçiliyi Duruşu” kitabının müəllifi İbrahim Ramazani “Amerikanın Səsi”nə verdiyi müsahibəni təqdim edir:




“Üsyan sözü qırmızı cizgiləri aşmaq anlamındadır. İran hakimiyyətinin ən önəmli qırmızı cizgilərindən birisi torpaq bütünlüyüdür və bu gün Traxtor tərəfdarları verdiyi şüarlarla bu qırmızı cizgini keçməyə başlamışlar,” deyə araşdırmaçı İbrahim Ramazani İstanbulda yeni nəşr etdiyi “Traxtor Üsyanı - İranda Türk Millətçiliyi Duruşu” adlı kitabı ilə bağlı “Amerikanın Səsi”nə verdiyi müsahibəsində söyləyir.

Doğu Kütüphanesi Yayınlarının nəşr etdiyi “Traxtor İsyanı”ında Traktorsazi futbol komandası və onun İran və Güneydəki türk millətçiliyi üzərində buraxdığı təsirinin dəyərləndirilməsi ilə yanaşı milli kimlik, etnik kimlik, assimilyasiya, İrandakı türklərdə kimlik anlayışı və feminizm kimi mövzuların futbol vasitəsilə gündəmə gətirilməsi müzakirə olunub.

Kitabında güneydə cərəyan edən milli hərəkatda Traxtorun oynadığı önəmli rolu anlatdığını ifadə dən İbrahim Ramazani sadəcə İran Azərbaycanı şəhərlərində deyil, türklərin yaşadığı digər bölgələr, o cümlədən, “Fars” və Çahar-Mahal və Bəxtiyari vilayətlərində də Traxtor komandası tərəfdarlarının mövcud olduğunu önə çəkir.

Kitabın adı ilə bağlı bəzi tənqidlər aldığını söyləyən araşdırmaçı seçdiyi başlığı belə izah edir:

“Bəzi dostlar deyirdilər, üsyan mənfi anlam daşıyır... Ancaq, üsyan sözü qarşı gəlmək, qırmızı cizgiləri aşmaq anlamındandır. İran hakimiyyətinin ən önəmli cizgilərindən biri torpaq bütünlüyüdür və bu gün Traxtor tərəfdarları stadionda verdiyi şüarlarla bu qırmızı cizgini keçməyə başlamışlar... Nədən ‘İrandakı türklər’ deyə yazmışam? Stadiona getdiyimdə, Şirazdan türklər gəlmişdilər, Çahar-Mahal və Bəxtiyaridən gəlmişdilər. Onlarla görüşdüm, danışdım və ‘İrandakı türklər’i qapsayıcı/əhatəedici bir termin kimi işlətdim.”

“Bu gün millətimiz ağır bir durumda, təhqir və ayrı-seçkilik altında yaşayır və bunu stadionlarda dilə gətirirlər,” deyə o stadionlarda Traxtor azarkeşlərinin səsləndirdiyi şüarların mahiyyətinə işarə edir.

Hacəttəpə Universitetində sosiologiya bölümünün məzunu Traktorsazi komandasının oyunları zamanı stadiona gedərək sahə araşdırmaları həyata keçirib. O, traxtorun müxtəlif azarkeş qrupları, o cümlədən, qadın, yaşlı tərəfdarları və “TTTT” adı ilə tanınan qrupun fərdləri ilə görüşüb.

İbrahim Ramazani kitabda İranda futbolsevər qadınlara qarşı tətbiq edilən məhdudiyyətlər o cümlədən, onların stadionlara girməsinin yasaq olduğuna diqqət çəkib. O, əsərin Sosiologiya Nəzəriyyələrində İdman Faktı adlı bölümündə Feminist Nəzəriyyə və İdman mövzusuna da yer verib.

Ankarada yaşayan araşdırmaçı həmçinin özünü Traxtor Timinin Tifosi Tərəfdarları (TTTT) olaraq adlandıran və digər azarkeşlərin əksinə milli şüarlar səsləndirməyən tərəfdar qrubundan da söz edir. Bu qrup özünü İtalyan futbol azarkeşlərindən ilhamlanaraq adlandırıb. “Tifosi” sözü İtalyan dilində “azarkeşlər” deməkdir.

“Tifosi tərəfdarlar Ettelatın bir parçası olaraq bilinir. Onlarla görüşdüm və bilgi aldım, yönədənləri vardır, onlarla danışdım... Meydan çalışmalarında gördüm ki bunların verdiyi şüarları səsləndirənlərin sayı əlliyə çatmırdı. Onların şüarlarını təkrar etmirdilər... Digər tərəfdarlar kimlik üzərində şüarlar verir, amma tifosilər deyil,” deyə yazar anladır.

“Traxtor Üsyanı - İranda Türk Millətçiliyi Duruşu” kitabı sadəcə Traxtor və idman mövzusuna həsr edilməyib. Kitabda Güney Azərbaycanın müasir tarixində baş vermiş böyük ictimai və siyasi hərəkatlar haqqında məlumat verilib.

“Türkiyəli oxucuya bu hərəkatın yeni olmadığını, bir keçmişə sahib olduğunu anlatmaq istəmişəm,” deyə İbrahim Ramazani kitabda tarixi olaylara yer verməsinin səbəbini açıqlayır.

“Traxtor etiraz mühiti imkanı baxımından başqa etniklərin də önünü açıb. Bunlar görürlər ki, burada stadionlarda hakimiyyətə qarşı təpkilər verilə bilər. Traxtorun hərəkata qatdığı önəmli şeylər vardır. İnsanlar başqa yerlərə toplana bilmirlər. Bəzi tərəfdarlar deyir ki, stadion bizə bir məktəb kimi olubdur, bilmirdik türk nədir... Çoxları türklüyü stadionlarda öyrənir...” deyə İbrahim Ramazani əlavə edir.

Audionu aşağıdakı linkdən dinləyə bilərsiniz:

T:KLAY:N
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed